RU
I sinfə şagird qəbulu sabah yekunlaşır
20:10
246

I sinfə şagird qəbulu sabah yekunlaşır

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Təhsil Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal ( www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ