RU
I sinfə şagird qəbulunun vaxtı açıqlandı
10:54
1361

I sinfə şagird qəbulunun vaxtı açıqlandı

Sənəd qəbulu sayt vasitəsilə həyata keçiriləcək.

Təhsil nazirinin 19 fevral 2016-cı iltarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.

7News.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarına elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun mart ayının əvvəlində başlaması nəzərdə tutulub: 

“Bu barədə yaxın günlərdə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd olunub ki, şagirdlərin I sinfə elektron sənəd qəbuluwww.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ