23-24 Noyabr tarixində İsraildə yaşayan həmvətənlərimiz tərəfindən təsis edilmiş Azərbaycan-İsrail (Az-iZ) beynəlxalq Assosiasiyasının dəvətilə İsraildə keçirilən "7+7”-Azərbaycan möcüzələri” fotosərgisinə Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynli də dəvət olunmub.Qeyd edək ki, Azərbaycanı İsraildə tanıtmaq məqsədilə keçirilən bu sərginin təşəbbüskarı Heydər Əliyev Fondudur.
Gözlənildiyindən də artıq qonaqpərvərliklə qarşılanan İbad Hüseynli qısa zaman ərzində müxtəlif şəhərlərin vali və bələdiyyə sədrləri, İsrail parlamentinin deputatları, həmçinin ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər keçirə bildi.Əlbəttə ki, zəngin dini və tarixi əhəmiyyətə malik müqəddəs Qüds şəhərini də ziyarət etdi. Kiryat-Yam şəhərində qəhrəmanla görüşə gələn ictimaiyyət nümayəndələri qarşısında etdiyi qısa çıxışı yüksək hərarətlə qarşılandı.Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralandım.Tamamilə ümidsiz bir vəziyyətdə olduğum halda, yalnız bir nəfərin—yəhudi millətindən olan bir fədakar həkimin səyilə həyata qayıtdım.Bu insanın adı Aleksandr Vasilyeviç Rak idi. Mən həyatda sağ qalmağıma görə və Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə İsrailin daim bizi dəstəklədiyinə görə sizlərə borcluyam.
İbad Hüseynli siyasətdən uzaq olduğunu, lakin bütün xalqların sülh və əmin-amanlıq içində yaşamaq hüququna malik olduğunu xüsusilə qeyd etdi."İsrail xalqının Azərbaycana bu qədər simpatiya bəslədiyini düzü, bilmirdim. Onlar durmadan əlaqələrin dərinləşməsini istəyirlər.Məni ən çox maraqlandıran həm də bu oldu ki, yəhudilər Nuh peyğəmbərin qəbrinin məhz Naxçıvanda olduğunu israrla bildirirlər. Bunu bütün dünyaya sübut etməyə istənilən zaman hazırdırlar”.Azərbaycanla İsrail xalqları arasında hərtərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mütəmadi görüşlərin keçirilməsi üçün İbad Hüseynli yaxın zamanlarda yenidən İsrailə dəvət olunacağını bildirib./Vətəninfo.az
7news.Az





























