RU
İbad Hüseynov Talıbovlara əzələ nümayişi sərgiləyir? - İDDİA
00:47
2514

İbad Hüseynov Talıbovlara əzələ nümayişi sərgiləyir? - İDDİA

7NEWS.az xəbər verir ki, belə bir iddia ilə araşdırmaçı-jurnalist Məhəmmədəli Qəribli çıxış edib: "Şəkildəki bu adamlardan biri, (soldakı) Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov, digəri isə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur. 
Onlar bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Vəli Ələsgərov 14 il müddətində Naxçıvan MTN-nə rəhbərlik edib.  
O, 2016-cı ildən 2022-ci ilə qədər Naxçıvanda həbsdə olub. Bu ilin 27 sentyabrında həbsdən azad ediləndən sonra o, ilk dəfədir ki, publika qarşısına çıxıb. 
Bu görüntülərdə maraqlı məqam bilirsiniz nədir?  Vəli Ələsgərov niyə məhz İbad Hüseynovla birlikdə ictimaiyyət qarşısında görünməyə qərar verib? Aydındır ki, Vəli Ələsgərovun Talıbovlarla münasibəti çox gərgindir. İbad Hüseynov isə Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun kirvəsidir. İbadın MR rəhbərliyi ilə münasibətləri çox yaxın olub. Hətta birgə biznes layihələrinin mövcudluğu da bildirilir.
Onda isə buradan iki nəticə çıxarmaq olar- Ya İbad bununla barışdırıcı missiya yerinə yetirdiyini, yəni Talıbovlarla Vəli Ələsgərov arasında heç bir problemin qalmadığını nümayiş etdirir. Ya da ki, Talıbovlara əzələ nümayişi sərgiləyir. İkinci versiyanı qəbul etsək, onda maraqlıdır, görəsən,  İbadla Naxçıvan rəhbərliyi arasında nə baş verib?"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ