RU
İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi
20:05
24

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

Türkiyənin "İmperator" ləqəbi ilə tanınan məşhur müğənni İbrahim Tatlıses səhhətində yaranan problemlə gündəmə gəlib.

Sənətçi vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Bildirilir ki, Tatlıses xarici ölkələrdə verdiyi konsertlərdən sonra virusa yoluxub.

Hazırda onun müalicəsinin davam etdiyi və vəziyyətinin həkim nəzarətində olduğu qeyd olunur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ