Şəkidə 34 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün saat 17 radələrində Şəki şəhəri M. F. Axundov küçəsi dalan 10, ev 3 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Mustafayev qarın boşluğunun kəsilmiş yaraları ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı məlum olub ki, 34 yaşlı Z. Mustafyev sərxoş vəziyyətdə bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.//apa
7News.az








