RU
İçib maşının yerini unudan şəxs polisə
13:40
365

İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib.

7News.az DİN-ə istinadən xəbər verir ki, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

 

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ