RU
İçində 110 min olan seyf oğurlandı – Evdən
11:54
1197

İçində 110 min olan seyf oğurlandı – Evdən

Bakıda evdən 110 min manatdan artıq pul oğurlanıb. 

7News.Az-ın verdiyi xəbərə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir neçə gün öncə baş verib. Oğurluq hadisəsi gündüz saatlarında, evdə heç kimin olmadığı 4 saat ərzində baş verib.

Y.Əliyev küçəsində yaşayan 1966-cı il təvəllüdlü Fərhad Abbasovun evində olan seyfdən naməlum şəraitdə 61900 ABŞ dolları və 17500 manat oğurlanıb. Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ