Gürcüstandan Bakıya gedən sərnişin avtobusu Tovuzda qəza törədib.
Nəqliyyat vasitəsi gecə saatlarında magistral yolun Dönük Qırıqlı kəndi ərazisində qoyun sürüsünə girib. Sürüdə olan xırdabuynuzlu heyvanlardan biri ölüb, biri isə yaralanıb.
Avtobusu yüksək sürətlə idarə etmədiyini deyən sürücü Qabil Əsədov çobanı məsuliyyətsizlikdə günahlandırıb. O qeyd edib ki, Rizvan adlı çoban qoyunları heyvanlar üçün ayrılan keçiddən deyil, yolun avtomobillərin sürətlə hərəkət etdiyi hissəsindən keçirib. Qəza zamanı avtobusda 40-a yaxın sərnişin olub, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Çoban isə yaralı qoyunu da götürərək ərazidən uzaqlaşıb.
Baş verən hadisə magistral yolda hərəkət edən digər sürücüləri həyacanlandıraraq növbəti qəzaya yol açıb. Belə ki, ərazidə iki minik maşını toqquşub, xəsarət alan yoxdur. Baş verən hadisələrlə bağlı BDYP-nın əməkdaşları araşdırmalara başlayıb./milli
7news.az












