Bakıda soyğunçuluq etmiş şəxs tutulub.
7news.Az DİN-ə istinadən xəbər verir ki, oktyabrın 9-da Xətai rayonu ərazisində naməlum şəxs Cəlilabad rayon sakini İlqar Abbasova zor tətbiq edərək içərisində 590 manat olan pulqabısını alıb.
35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əmirbəy Ağamalıyev tutulub.
7news.Az








