Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları azyaşlı uşağı alovun cəngindən aldılar.
7news.az xəbər verir ki, Mingəçevirdəki 20 Yanvar küçəsi 8a mənzil 10 ünvanında baş verən yanğın zamanı evin içərisində qalan azyaşlı şəhər Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı tərəfindən xilas edildi.
Yanğınsöndürənlər Soltan Soltanov və Sahib Hüseynov balacanı alovun içindən götürərək yaxınlarına təhvil verdilər.
Elçin Məmmədova məxsus mənzildə baş verən hadisə zamanı bir otağı və içərisindəki əşyaları alovdan qurtarmaq mümkün olmadı. Ümumilikdə 90 kvadratmetrlik mənzilin 15 kvadratmetri yandı. Hadisə şahidlərinin bildirdiklərinə görə, ev qəflətən alovlanıb. Hadisə yerinə cəlb edilən Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və 15 nəfərlik şəxsi heyət alovun ətrafa yayılmasının qarşısını ala bildi. Baş vermə səbəbləri hələ ki məlum olmayan hadisə ilə bağlı araşdırma aprarılır.
Bu gün günorta saatlarında Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 8a, mənzil 10 ünvanında yanğın olub. El TV ( Region TV) xəbər verir ki, Elçin Məmmədova məxsus, ümumi sahəsi 90 kvadratmetr olan iki otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə 15 kvadratmetr sahədə yanıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, ev qəflətən alovlanıb. Yanğın zamanı sahibi evdə olmayıb. Hadisə yerinə Mingəçevir şəhər Yanğından Mühafizə Xidmətinin 3 maşını və 15 nəfərlik şəxsi heyəti cəlb olunub. Alovun qarşısı alınıb. Hələlik yanğının baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
7news.az








