Argentinada içində tibb işçilərinin olduğu "Learjet 35" təyyarəsi eniş zamanı qəzaya uğrayıb. 7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, hadisə Eskel şəhəri yaxınlığında, Antonio Parodi beynəlxalq hava limanında baş verib. Təyyarə uçuş-enmə zolağından 100 metr məsafədə eniş etdikdən sonra partlayış baş verib. İlkin məlumata əsasən, mayın 5-də baş verən hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, "Learjet 35" azyaşlı xəstəni daşımaq üçün Santa Fedən uçuş edib. Təyyarənin göyərtəsində həkim və tibb bacısı olub. 7News.Az