RU
İçində insan qalıqları olan butulka okeanı qət edərək dostluğa səbəb oldu - FOTO-VİDEO
17:00
732

İçində insan qalıqları olan butulka okeanı qət edərək dostluğa səbəb oldu - FOTO-VİDEO

ABŞ-ın Florida ştatında içində insan qalıqları və məktub olan butulka okeana atıldıqdan iki il sonra başqa qitəyə çataraq ailələr arasında dostluğa səbəb olub.

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "WKYT" yzır.

Belə ki, 2018-ci ildə Meri Uitt həyat yoldaşı Cerrinin ölümündən iki ay sonra ailəsi ilə birgə Kentukki ştatından Floridaya köçüb. O, ərinin qalıqlarını (külünü), şəklini və əlaqə vasitələri yazılan məktubu butulkaya qoyaraq Atlantik okeana atmaq qərarına gəlib.

İçində insan qalıqları olan butulka okeanı qət edərək dostluğa səbəb oldu - FOTO-VİDEO

Bu ilin avqust ayında Uittə İspaniyanın Karballo şəhərində yaşayan Alvarez ailəsindən məktub gəlib.
 

Məktubda yazılana əsasən, onlar avqustun 13-də sahildə gəzərkən həmin butulkanı tapıblar. Uitt ispan ailəsindən ərinin qalıqlarını okeana tökməyi xahiş edib.

Alvarez ailəsi onun bu xahişini avqustun 23-də yerinə yetirib və həmin anları kameraya çəkib.

İçində insan qalıqları olan butulka okeanı qət edərək dostluğa səbəb oldu - FOTO-VİDEO

Beləliklə, qeyr-adi məktub iki ailə arasında dostluğa səəb olub. Alvarez ailəsi Uitt ailəsini İspaniyada dincəlməyə dəvət edib.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ