RU
İcra başçısı şokolad sərgisində
16:40
1527

İcra başçısı şokolad sərgisində

Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur "Nikolya Şokolad Muzeyi"nin eksponatlarından ibarət sərginin açılışı olub. Sərgidə ümumi kütləsi 700 kq-dan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı-şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş edilib.

7news.Az xəbər verir ki, sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, "Nikolya Şokolad Muzeyi"nin müəllifi Nikolay Popov, "Nikolya Şokolad Muzeyi"nin yaradıcısı Leyn Andrey və şəhər ictimaiyyəti iştirak ediblər.

Kütləsi 65 kq olan "Qız Qalası", 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq "Eyfel qülləsi" heykəlləri sərginin əsas eksponatları sırasındadır.

Açılış mərasimində Elmar Vəliyev tərəfindən qonağa xatirə hədiyyələri təqdim edilib.

7news.Az

 

İcra başçısı şokolad sərgisində - Foto
İcra başçısı şokolad sərgisində - Foto
İcra başçısı şokolad sərgisində - Foto

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ