Milli Məclisə keçirilmiş seçkilərdə ilk dəfə millət vəkili adını qazanmış şəxslərlə bağlı silsilə yazıları təqdim edirik.
İkinci qəhrəmanımız ilk dəfə Milli Məclis üzvü seçilən Əliyeva Sona Sakit qızıdır.
S.Əliyeva 1980-ci ildə anadan olub, ixtisasca biologiya müəllimidir. Ancaq sonradan Şəmkir rayon təhsil şöbəsində metodist işləyib. 2012-ci ildə ilin ən yaxşı müəllimi mükafatına layiq görülüb.
S.Əliyeva həmçinin Azərbaycanın əməkdar müəllimidir. 2013-cü ildən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavinidir. Maraq üçün qeyd edək ki, xanım deputat Şəmkirin icra başçısı Alimpaşa Məmmədova yaxın şəxslərdən hesab edilir.
Xatırladaq ki, MSK-nın açıqladığı rəqəmlərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən Sona Əliyevanın 17 min 162 səs (72,8 faiz) qazandığı qeyd olunur. /olke.az
7News.Az










