RU
İctimai çimərlikdə köpəkbalığı dəhşəti: 4 nəfər qaça bilmədi
13:40
36

İctimai çimərlikdə köpəkbalığı dəhşəti: 4 nəfər qaça bilmədi

Ötən gün ABŞ-ın Texas ştatında çimərliyə köpək balığının hücumu nəticəsində 2-si ağır olmaqla 4 nəfər yaralanıb.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Müstəqillik Günü kimi qeyd olunan 4 İyul bayramı səbəbiylə çimərliyə xeyli adam üz tutub.

Günorta saatlarında baş verən hadisədə uzunluğu təxminən 2 metr olduğu müəyyən edilən köpəkbalığı dənizdə 4 nəfərə hücum edib.
 
Hadisə bölgədəki bəzi vətəndaşlar tərəfindən lentə alınıb. Görüntülərdə yaralı halda dənizdən çıxarılan qadının ayağının bir hissəsinin kəsildiyi görülüb.

Hadisə yerinə gələn sahil mühafizə dəstələri helikopter və qayıqlarla dənizdə olan vətəndaşları təxliyə edib, yaralılar isə xəstəxanaya aparılıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ