Respublikamızda bir çox KİV və informasiya yayan lakal şəbəkələr fəaliyyət göstərməkdədir.
Lakin KİV və informasiya yayan lakal şəbəkələrin əksəriyyətinin iş prinsipi lazımi qaydada təşkil olunmadığından bu sistemlərin fəaliyyəti qənaətbəxş deyildir. Düşünürəm ki, informasiya resursları nizamlı şəkildə, Dövlətçiliyi qorumaq üçün yüksək səviyyədə fəaliyyət göstərməlidir.
İnformasiyaların emal olunmadan lokal şəbəkələrdə və ya KİV-də yayılması zamanı təhdidedici və ya bir sıra xarici qüvvələrin maraqlarına xidmət edən İnformasiyalar cəmiyyətə İctimai Fikirin formalaşmasına mənfi təsir edən amillərdir. Xarici quvvələrin maliyə dəstəyi ilə yayılan informasiyalar İctimai Fikirin aspektini dəyişir və nəticədə xalq arasında dövlətçiliyə qarşı kəskin fikirli kütlə meydana gəlir. Bunun qarşısını almaq üçün “İctimai Fikirin Tətqiqatı” ilə məşqul olacaq Milli Mərkəzlər formalaşdırılmalıdır.
Ölkəmizdə İctimai Fikrin nəzarətdə saxlanılması, araşdırılması, doğru istiqamət verilməsi əsas meyyar olmalıdır. İnformasiya təhlükəsizliyi və informasiya resurslarının idarə olunması sahəsində mühüm addım olacaq “İctimai Fikirin Tətqiqatı” ilə məşqul olacaq mərkəzlərin fomalaşdırılması öz növbəsində, Ölkəmizə xarici dövlətlərdən donor olaraq pul alıb zərərli informasiyalarla vətəndaşları dövlətə qarşı yönəltmə hallarının qarşısı alınar. Vətəndaşlarla, Dövlət arasında sədd yaradan məmurların qanunsuz əməllərinin araşdırılmasını və dolğun informasiyaların mərkəzə ötürülməsini təmin etmək mümkün olar. Ümummilli Liderimizin Bizə miras qoyduğu dövlətçilik ənənələrini qorumaq hər bir vətəndaşın vətəndaşlıq borcudur.
Nahid Aslansoy
Gənc Politoloq








