RU
İdman dünyasını sarsıdan seks qalmaqalları
13:10
8106

İdman dünyasını sarsıdan seks qalmaqalları

İdmançılar təkcə qazandıqları nəticələrlə yox, şəxsi həyatları ilə də həmişə gündəmdə olur. Fanat.az idman dünyasında bu günə qədər səs-küyə səbəb olmuş seks qalmaqallarından bəzilərini təqdim edir.
 
Məşhur müğənni Rihanna "Real"ın ulduzu Kərim Benzema və "Formula 1"in pilotu Levis Hamiltonla bağlı maraqlı açıqlama vermişdi. Sənətçi bildirmişdi ki, hər iki ulduzla sadəcə sevişmək üçün birlikdə olub.
 
Məşhur idmançılarla münasibətdə hər hansı duyğsual hiss yaşamadığını bildirən Rihanna "Benzema və Hamiltonla sadəcə sevişmək üçün birlikdə oldum" demişdi. 
 
 
"Beşiktaş"ın ser ulduzu Duşko Toşiçin müğənni həyat yoldaşı Jelena Karleusa çılpaq fotoları və etirafları ilə daim gündəmdədi. Bu günlərdə açıqlama verən sənətçi formasını necə qorması ilə bağlı suala belə cavab vermişdi: "Tez-tez sekslə məşğul olaraq və rəqs edərək formamı qoruyuram".
 
O, Toşiçlə evlənməsindən də danışıb: "O, mənim fnatım imiş, evi fotolarımla dolu idi. İlk görüşdə gözlərindən çox təəsirləndim. Duşko çox qısqancdı, həm də həddən artıq".
 
 
Hazırda "Los Anceles Qalaksi"də çıxış edən Eşli Koul "Roma"da oynayarkən dünya mediasının gündəminə gəlmişdi. Buna səbəb onun gecə klubunda yaratdığı qalmaqal olmuşdu.
 
İddiaya görə, Koul gecə klubunda "Playboy" modeli Karla Hovenin hücumuna məruz qalıb. "The Sun"a danışan Karla Hove bildirib ki, ftblolçu gecə klubunda onu təqib edib və olmasından daha artıq yaxınlaşıb. Koulun əvvəllər Karlanın ekizi Melissa ilə münasibətləri olub. İngilis futbolçu Karlanı Melissa sandığından belə bir addım atdığını bildirmişdi. 
 
Model bu səbəbdən futbolçuya 3 şillə vurub. Karla bildirib ki, mühafizəçilər onları çətinliklə ayırıb. 
 
Eşli Koulun adı bundan başqa da bir neçə dəfə seks qalmaqallarında hallanıb. Futbolçu bir modelə çılpaq şəkillərini yollamışdı. Bundan xəbər tutan həyat yoldaşı da ondan boşanmışdı.
 
 
Həyat yoldaşına xəyanət edən futbolçulardan biri də Con Terri olub. Onun münasibətdə olduğu Vanessa Perronsel eyni zamanda İngiltərə millisindəki komanda yoldaşı Ueyn Bridgenin uşağının anasıdı.
 
İngiltərə millisinin həmin vaxtkı baş məşqçisi Fabio Kapello bu qalmaqaldan sonra Terrini kapitanlıqdan məhrum etmişdi. "Mançester Siti" forması ilə "Stamford Bric"ə gələn Bridge isə oyundan əvvəl onun əlini sıxmaqdan imtina etmişdi.
 
 
Fransalı futbolçular - Kərim Benzema və Frank Riberinin də adı seks qalmaqalında hallanıb. Bu iki futbolçu əxlaqsız qadınla - Zahia Deharla cinsi əlaqədə olmuşdular. Məsələnin ən pis tərəfi odu ki, Zahia Dehar həmin vaxt yetkinlik yaşına çatmamışdı. Frank Riberi daha sonra verdiyi açıqlamada günahını etiraf etmişdi. Kərim Benzama isə qızın yaşını bilmədiyini deyərək ittihamları rədd etmişdi.
 
 
Qalmaqallarla gündəmə gələn futbolçulardan biri də Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan olub. Veteran qolkiper həyat yoldaşı hamilə olan zaman 21 yaşlı Verena Ketlə yatmışdı. Həmin vaxt "Bavariya"nın prezidenti Uli Hoeness bildirmişdi ki, bu xəbəri ilk dəfə eşidəndə qusmaq istəyib.
 
 
Braziliyalı Ronaldo da seks qalmaqalı ilə gündəmə gəlib. Belə ki, veteran futbolçu əxlaqsız qadınlarla pul qarşılığında yatağa girib. Amma sonradan onların transseksual olduğunu görüb və yanında qovub. Amma bununla da başına oyun açıb. Həmin transseksuallar Ronaldodan susmaq qarşılığında pul tələb edib. Rio polisi əfsanəvi futbolçunun onlara hər şeyi anlatdığını açıqlamışdı.
 
 
Uzun müddət manşetlərdən düşməyən qalmaqallı futbolçulardan biri də Jermain Defo olub. Hazırda "Sanderlend"də forma geyinən ingilis futbolçu uşaq parkının yanında maşında gənc bir qızla sekslə məşğul olarkən yaxalanmışdı. Defo ictimai yerdə uyğunsuz davranışa görə məhkəmə qarşısına çıxarılmışdı.
 
 
"Mançester Yunayted"in əfsanəsi Rayan Giqqzin qardaşı Rodri Giqqzin həyat yoldaşı ilə Nataşa ilə birlikdə olmuşdu. Nəticədə iki qardaş düşmən olmuş və Rodri həyat yoldaşından boşanmışdı.
 
Hadisədən 3 il sonra bu barədə danışan Rodri Giqqz seksə görə 8 illik ailəsinin dağıldığını demişdi: "Həmin gün "Old Trafford"da futbol oynadıqdan sonra evə döndüm və yorğun olduğum üçün tez yatdım. Saat gecə 03.00-da oyandım. Həyat yoldaşım evdə deyildi. Səhər saat 06.00-da Nataşanın anası əlində bir məktubla qapını döydü. "News of The World"dəki xəbəri oxuyanda da anası yanımda idi. Hər şeyi belə öyrəndim. Ona zəng etdim, "yazılanlar düzdümü" deyə soruşdum. Əvvəlcə təkzib etdi. Həmin anda nəyə inanıb-inanmayacağımı bilmirdim. Çünki qarşında inana biləcəyin iki insan var və ikisinə də inanmaq istəyirsən. Nataşa mənə Rayanın yazdığı mesajları göstərdi. Sonra qardaşım bunun sadəcə seksdən ibarət olduğunu, onun üçün heç bir şey ifadə etmədiyini dedi. Seksə görə ailəmi məhv etdi. Mən də ona "Əhsən qardaş" dedim".
 
 
Xorvat futbolçu Dino Drpiç də daim seks qalmaqalları ilə gündəmə gəlib. Futbolçu Almaniyanın məşhur kişi dərgisi üçün soyunan həyat yoldaşı Nives Çelsiuslə birlikdə ən böyük arzularının "Santyaqo Bernabeu" stadionunda sekslə məşğul olmaq olduğunu bildirmişdi. Bir dəfə isə Drpiç komandasında 69 nömrəli formanı geyinmək istədiyini demişdi, amma rəhbərlik icazə verməmişdi.
 
 
Vaqner Lav və Robinyo "seks partisi" təşkil etmiş və gecədən görüntülər yayılmışdı. Lavın "Youtube"də yayımlanan görüntülərdə birlikdə olduğu braziliyalı porno ulduz Pamela Butt hər şeyi etiraf etmişdi: 
 
"Mən onsuz da porno ulduzam. Pulu porno filmlərdən qazanıram. Bu səbəbdən Vaqner Lavla pul qarşılığımda yatmağım mübahisə mövzusu ola bilməz. Hər şey təsadüfən oldu və orda iştirak edənlərdən biri bu görüntüləri çəkdi".
 
 
2001-ci ildə "Nürnberq"də peşəkar karyerasına başlayan Eve Roob qısa müddətdə qadın futbolunun önəmli ulduzlarından birinə çevirilmişdi. Amma bir müddət sonra futboldan qazandığı pulla kifayətlənməyib porno sektoruna girmişdi. 
 
Səhnə adı Samira Summer Eve Roob bununla bağlı açıqlamasında "Futbol mənə çox uyğundu. Amma bu mənim üçün yetirli deyil. Porno sektorundan çox razıyam".
 
 
2004-cü ildə İngiltərə millisinin baş məşqçisi olan Sven-Yoran Eriksson Faria Alam adlı bir qadınla gizli münasibətdə olduğu üçün tənqid hədəfinə çevirilmişdi. Daha sonra Erikssonla münasibətlərini detallı şəkildə anladan Alam eyni zamanda İngiltərə Futbol Federasiyasında yüksək vəzifə tutan Mark Paliosla da münasibətdə olduğunu etiraf etmişdi. Bu səbəbdən Palois istefa verməyə məcbur olmuş, Erikssonun isə milli karyerası uzun sürməmişdi.
 
 
Dünyanın ən yaxşı futbolçularından biri olan Kriştiano Ronaldo da şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Portuqaliyalı futbolçunun "Mançester Yunayted"də oynadığı zaman 5 əxlaqsız qadınla yatması xəbəri İngiltərə mətbuatında manşet olmuşdu. Gənc futbolçunun 5 fahişə ilə cakuzidə 6 saat kef çəkdiyi, hovuzda və evin başqa yerlərində sekslə məşğul olduğu deyilirdi. 
 
 
Braziliyalı Romario milli komanda ilə səfərə yollanarkən təyyarədə sekslə məşğul olmuşdu. 
 
 
İngiltərə millisinin üzvü Luke Şav isə mesajları ilə gündəmə gəlmişdi. O, məşhur "Playboy" gözəlləri olan Karla və Melissa Hove bacılarına gecə saat 3-də SMS göndərərək qrup sekslə məşğul olmaq üçün yalvarmışdı.
 

 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ