Rusiyanın Yekaterinburq şəhərindəki tramvaylardan birində dava düşüb.
Lunaçarsk prospektindən Kuybışev küçəsinə hərəkət edən tramvayda əlbəyaxa döyüş növləri ustası olan idmançı üç sərxoş sərnişini möhkəm döyüb.
"Məndən solda 30 yaşlı oğlan oturmuşdu. Qarşıdakı 3 şəxs sərxoşdu. Uca səslə danışır, hırıldaşır, səs-küy salırdılar. Oğlan yatırdı. Ayıldı və sərxoşlardan bir az sakit olmalarını istədi. Sərxoşlar onu söyəndə oğlan sinirləndi və onları döyməyə başladı", - Ruslan adlı sərnişin bildirib.
7news.az








