Türkiyə idman camiyəsinə daha bir bədbəxt hadisə baş verib.
7News.Az xəbər verir ki, idmançıları daşıyan mikroavtobus qəzaya düşüb.
Bildirilir ki, Ordu şəhərindən Yozqata gedən mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yerli mətbuatın yazdığına görə, avtobusda olan sərnişinlər Ordu şəhər Gənclər Birliyi Qadın Həndbol komandasının üzvləri olub. İdmançılar Yozqat şəhərində keçirilən turinirə gedirmiş.








