RU
İdmançılarımız Milli qəhrəmanı döyüşərək yad edəcəklər - VİDEO
15:23
958

İdmançılarımız Milli qəhrəmanı döyüşərək yad edəcəklər - VİDEO

Azərbaycan Kikboksinq Federasiyası və "Judo Club 2012" idman klubunun birgə təşkil etdiyi turnir aprelin 12-də Milli qəhrəman Çingiz Qurbanovun doğulub boya-başa çatdığı Qusar rayonundakı Olimpiya İdman Kompleksində keçiriləcək. Ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda 7 çəki dərəcəsində yarışacaqlar.
 

7News.az xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.

O deyib: "Yarışda ən güclü idmançılar öz güclərini sınayacaqlar. Milli qəhrəman Çingiz Qurbanov bizim federasiyasının idmançımız olub. Şəhidimizin xatirəsini yad etmək mənəvi borcumuzdur. Çingiz Qurbanov qəhrəmanlığı ilə gənclərimizə örnəkdir.

Hesab edirəm ki, yarış vətənpərvərlik təbliğatı ilə yanaşı, bölgədə idman olan marağın artmasına xidmət edəcək".//milli

7News.az

İdmançılarımız Milli qəhrəmanı döyüşərək yad edəcəklər


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ