RU
İdmançımız dünya rekordunu belə yenilədi
13:40
559

İdmançımız dünya rekordunu belə yenilədi

Rio olimpiadasına lisenziya üçün çalışanlar arasında paralimpiyaçılarımız da var.

Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda baş tutacaq Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıblar.

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatının nizətullama yarışlarında mübarizə aparan idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilə dünya rekordunu yeniləyib. O, yarışların qalibi olub. Bununla da atletimiz Rio-2016 Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.
Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 10-cu lisenziyadır.
İradə Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev Rio-2016 Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Qeyd edək ki, ilk lisenziyanı 2 qat paralimpiya çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev təmin edib./publika

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ