Azərbaycan idmançısı Valentin Xristov ABŞ-da keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanıb.
Atletimiz 317 kiloqram (141+176) nəticə ilə mundialı üçüncü pillədə başa vurub. Dünya çempionu adına çinli Lyun Çen sahib olub. Koreya Respublikasının idmançısı Kim Un Huk isə çempionatda gümüş medal qazanıb
Qeyd edək ki, çempionat şəxsi və komanda hesabında "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır./goal
7news.az








