RU
İdmançımız rekord yeniləyərək Avropa çempionu oldu
13:00
537

İdmançımız rekord yeniləyərək Avropa çempionu oldu

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi start götürüb.

7news.Az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet mübarizə aparır. 

Onlardan ikisi – Murad Əliyev və Rüstəm Qasımov artıq körpücük çıxıblar. Onların hər ikisi 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirib. 
O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacarıb və bu hərəkətdə 9-cu olub.

Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı olub. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacarıb. 

Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış etdi. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazanıb!

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ