RU
11:05
74

"İdrak” liseyində müəllimini güllələyən şagirdlə bağlı DİN-dən - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Bildirilib ki, Binəqədi rayonunda yerləşən özəl "İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ