7NEWS.az xəbər verir ki, İranın Gülüstan əyalətinin Gürgan şəhərində səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. Gülüstan Qubernatorunun Siyasi və Təhlükəsizlik Məsələləri üzrə müavini Əli Mühacir hadisə ilə bağlı açıqlamasında "Səhər saat 9 radələrində PUA şəhər mərkəzinə düşüb və onun hissələri şəhərin müxtəlif yerlərinə səpələnib. PUA-ların eyni anda 8 fərqli yerə çırpıldığı haqda xəbərlər yayılsa da, bu doğru deyil"-dedi.
7NEWS.az








