RU
II ixtisas qrupundakı abituriyentlərə şad xəbər
16:00
761

II ixtisas qrupundakı abituriyentlərə şad xəbər

II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaq.

7News.Az xəbər verir ki, ali təhsil müəssisələrində tədris inglis dilində olan  beynəlxqalq münasibətlər ixtissına verən abituriyentlərin imtahanın birinci mərhələsindəki xarici dil fənnindən nisbi balı 40-dan az olmamlıdır.

Marketinq, biznesin idarə edilməsi, regionşünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər qəbul ola biləcəklər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ