Misirdə Firon II Ramzesə məxsus tabutun Fransanın paytaxtı Parisdə 5 ay davam edəcək sərgi salonuna aparıldığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi MENA-da yer alan xəbərə görə, Misirin Parisdəki səfiri Ala Yusuf II Ramzesin tabutunun Parisə aparıldığını bildirib.
II Ramzesə məxsus tabutun 1976-cı ildə sərgi üçün Parisə aparıldığını izah edən Yusif, bu tabutun yarım əsrdən sonra yenidən bu şəhərə göndərildiyini bildirib.
Bu arada Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada II Ramzesə məxsus taxta tabutun Parisdəki sərgi salonuna çatdığı və 5 ay davam edəcək sərginin aprelin 6-da açılacağı bildirilib.
7NEWS.az








