RU
II Yelizavetanı öldürmək istədilər
20:00
1466

II Yelizavetanı öldürmək istədilər

Dünən Bukinqem sarayının qarşısında Şeffild Universtetinin tələbəsi Çjan saxlanılıb.

Onun uzunboğaz çəkməsinin içərisindən bıçaq tapılıb. Tələbə Sayt -Yorkşirdən Londona II Yelizavetanı öldürmək üçün gəldiyini bəyan edib.

Məhkəmə tələbəyə loyal münasibət göstərib. Belə ki, onun psixi sağlığının yerində olmadığı aydın olub və bu da ona qarşı irəli sürülən ittihamı "yumşaldıb".

Bu son 3 ayda kraliçanın həyatına dördüncü sui-qəsd cəhdidir. Ötən həftə sərxoş vəziyyətdə olan bir kişi, ondan öncə isə keçmiş əsgər belə bir addım atmışdı.

Denis Henessi adlı killer də kraliçanı öldürməyə cəhd edərkən saray gözətçiləri tərəfindən saxlanaraq polisə təhvil verilmişdi./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ