RU
Çikaqoda boksçu güllələnərək öldürüldü
23:15
503

Çikaqoda boksçu güllələnərək öldürüldü

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində silahlı insident baş verib.

Avtomobildə olan naməlum silahlı şəxslər amerikalı professional boksçu Ed Braunu güllələyiblər.

Hadisə 25 yaşlı boksçu təlimdən evinə qayıdarkən baş verib. Güllələr daha çox onun baş nahiyyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hadisənin baş verdiyi ərazidən keçən 19 yaşlı qız da ayağından yaralanıb./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ