RU
İki ailədən 4 nəfər dəm qazından zəhərləndi
15:10
239

İki ailədən 4 nəfər dəm qazından zəhərləndi

Şamaxıda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

7News.Az ona.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Salman Mumtaz küçəsi 62 və Cəfər Cabbarlı küçəsində 1 ünvanlarında qeydə alınıb.

Şəhər sakinləri - 1957-ci il təvəllüdlü Şabani Xədicə Bayram qızı və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Muradov Elvin Arif oğlu, həmçinin digər mənzildə yaşayanlar - 1988-ci il təvəllüdlü Əmralı Dilfazə Davud qızı və 8 yaşlı oğlu Əmralı İslam Mövlud oğlu yaşadıqları evlərdə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ