İranda avtobus qəzasında üç nəfər ölüb, altı nəfər yaralanıb.
7News.az bildirir ki, hadisə Tehran-Kərəc yolunda yerli vaxtla 07:25-də olub.
Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sükan arxasında yuxuya gedib və nəticədə yolun kənarında dayanmış digər avtobusla toqquşub.
Yol bir saat ərzində hərəkətə tamamilə bağlı olub və yalnız qəza yerinə gələn yol patrul xidmətinin avtobusları evakuatorlarla olay yerindən kənara çəkməsindən sonra açılıb./report
7News.az








