Gəncənin Gülüstan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Vəli Vəliyev, 1964-cü il təvəllüdlü Mələk Muxtarova, 1962-ci il təvəllüdlü Qəmər Əliyeva və 1994-cü il təvəllüdlü Davud Paşalı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








