Avqustun 15-də axşam Sankt-Peterburqun Puşkin rayonunda üç nəfər oğlan Özbəkistandan gələn 28 yaşlı qızı evin üçüncü mərtəbəsindəki pəncərədən yerə tullayıb.
Bu haqda məlumatı Moyka78 saytı yayıb.
Mənbə bildirir ki, zərərçəkən xəstəxanaya yerləşdirilib.
Həkimlər ona sinə və sağ alt ayağının qanamaları diaqnozu qoyublar.
Tibbi yardım göstərildikdən sonra qız evə buraxılıb. Hadisəni törədən 3 nəfər olub. Evdə 20 və 32 yaşlı Azərbaycan vətəndaşları ilə birgə Ukraynadan 26 yaşlı bir oğlan da olub.
İşsiz olan hər üç şəxs cinayət törətməkdə şübhəli bilinərək tutulub.
Tezliklə həbs olunanlardan birinin soyadını dəyişdirdiyi məlum olub. 2013-cü ildə onun Rusiyaya 5 il müddətinə girişi qadağan edilib.
Hadisə ilə əlaqədar yoxlama aparılır, cinayət işinin açılması məsələsi həll olunur.
7News.Az








