Neftçalada 62 və 65 yaşlı bacıların yaşadıqları evdə meyitləri tapılıb.
Rayonun Qoltuq kəndində yaşayan 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızı və 1954-cü il təvəllüdlü Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub. Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
7News.az







