RU
İki bank müflis elan olundu
16:26
1655

İki bank müflis elan olundu

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli məktubuna əsasən, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”da sığorta hadisəsi baş verib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan 7News.Az-a bildirilib.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq, 16 avqust banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Qanunun 28.1-ci maddəsinə əsasən, 7 təqvim günü ərzində kredit təşkilatlarının qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

14:44

Azərbaycan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.

Bu barədə 7News.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.

Məlumata əsasən, Fond avqustun 16-dan qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ