ABŞ prezidenti Donald Trampın Çin lideri Si Tsinpinlə görüşü gözlənilir.
7news.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Tvitter səhifəsində yazıb: "Mənim Si Tsinpinlə çox yaxında görüşüm gözlənilir. Bizim hər zaman yaxşı əlaqələrimiz olacaq!”.
Tramp , eyni zamanda xatırladıb ki, hazırda maliyyə naziri Stiven Mnuçinin rəhbərliyi ilə ABŞ nümayəndə heyəti Çindədir. Tərəflər arasında bərabər şərtlərlə ticarət əlaqələri məsələsi müzakirə ediləcək.
7news.Az








