Kürəkənini "cəsarət testi"ndən keçirdiyini deyən türkiyəli iş adamı, milyarder Ali Ağaoğlu yenicə ailə quran qızının həyat yoldaşı haqda maraqlı faktların üstünü açıb.
7News.az sozcu-yə istinadən xəbər verir ki, qızı Sena Ağaoğlunun toyunda səhnə alan məşhur müğənni Sərdar Ortaçın: "Kürəkənlə necə tanış oldunuz?" sualına Ali Ağaoğlu maraqlı açıqlaması ilə diqqət çəkib. İlk tanışlıq üçün Ortaköydəki evinə gələn kürəkəni Koray Kırcala silah tuşlayaraq atəş etdiyini deyən Ali Ağaoğlu: "Kürəkənin üstünə bir "maqazin" boşaltdım. Dimdik, qorxmaz şəkildə önümdə durunca: "Ürəkli adammış. Qızıma layiq bir gənc", - deyə düşünərək tanış oldum", - deyib.
7News.az







