RU
İki gündə 5 məktəbi yardılar
14:45
840

İki gündə 5 məktəbi yardılar

Abşeron rayonunda 5 orta məktəbdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompüter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompüter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ