İstanbuldakı terror aktlarından sonra türk ordusu Suriya və İraqda təxminən 200-ə qədər yaraqlını məhv edib.
Bu barədə baş nazir Əhməd Davudoğlu bildirib.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda baş verən terror nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Nabil Fadlinin İŞİD üzvü olduğu bildirilir.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
7news.az








