Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az DİN-in saytına istinadən bildirir ki, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarında dayanmış "VAZ-21011" markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub. Xəstəxanaya yerləşdirilmiş G.Yusubova orada ölüb.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.








