RU
İki maşın toqquşdu: ölən və yaralanan var - Lənkəranda
15:07
340

İki maşın toqquşdu: ölən və yaralanan var - Lənkəranda

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə bu gün saat 06.30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan "Qazel” markalı yük maşını ilə "Opel-Astra” markalı minik avtomobili toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin "Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ