RU
İki məhkum həbsxanada ölüb
15:50
367

İki məhkum həbsxanada ölüb

Azərbaycanda iki məhkum ölüb.

Hadisə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar - 1964-cü il təvəllüdlü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdlü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbi ilə vəfat ediblər.

Qeyd edək ki, Ə. Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, bir qrup şəxslə əlbir olaraq Ukraynadan Azərbaycana 24 kiloqram narkotik keçirərkən saxlanılıb. Ş. Quliyev isə 2016-cı ildə oğurluq üstündə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb.
Sosial səhifələrdə paylaş/apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ