Gələn ilin yanvar ayında Ermənistan hökumətinin tərkibində dəyişiklik baş verəcək.
7News.Az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, iki nazir nazirin vəzifəsindən uzaqlaşdırlacağı gözlənilir.
“Hakimiyyətə yaxın olan mənbələrimiz qeyd edir ki, artıq yanvar ayının ortalarında hökumətin heyətində dəyişikliklər baş verə bilər. Mədəniyyət naziri Asmik Poqosyan və iqtisadiyyat naziri Karen Çşmarityan istefaya göndəriləcək”, - deyə qəzet yazır.
Həmin mənbəyə əsasən Armavir, Araqaçot və Şirak vilayətlərinin qubernatorlarının da dəyişdiriləcəyi gözlənilir.








