Dehlidə iki nəfər 4 yaşlı qızı zorlayıb.
7news.az BBC-ə istinadən xəbər verir ki, şəhər polisinin rəis müavini Vijay Singh bu işlə bağlı hələlik heç kimin həbs olunmadığını bildirib.
Dəmiryol relsləri yaxınlığında huşsuz vəziyyətdə tapılmış qız uşağı hazırda intensiv müalicə kursu keçməkdədir.
Həkimlərin bildirdiyinə görə, uşağın yaraları ağır olduğundan o, əməliyyat olunub.
Bu hadisə Dehlidə qadınların təhlükəsizliyinin nə dərəcədə təmin olunması ilə bağlı yenidən suallar yaradıb.
Qız uşağının bədənində ağır yaralar aşkar edilib.
Onun ailəsi bildirib ki, uşağı bir dəstə kişi, şirniyyatla aldadaraq tələyə salıb.
7news.az








