RU
İki nəfəri güllələməkdə şübhələnən azərbaycanlı tutuldu
21:19
454

İki nəfəri güllələməkdə şübhələnən azərbaycanlı tutuldu

Rusiyanın Smolensk vilayətində 2011-ci ildə Moskvada iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

7news.az report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb.

Mənbənin məlumatına görə, hazırda 29 yaşlı gənc həbs olunub.

İstintaqın fərziyyəsinə görə, saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən "Moskva" kafesində üç tanışını odlu silah ilə güllələyib. Onların hamısı yaralanıb, sonradan ikisi xəstəxanada keçinib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ