RU
İki polis idarəsi ləğv edildi
18:45
215

İki polis idarəsi ləğv edildi

 
Azərbaycanda iki polis idarəsi ləğv edilib.

7NEWS.Az "Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci plis şöbəsi yaradılıb.

Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin fəaliyyəti təşkil olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ