Hindistanda yaşayan iki qardaş istehsal etdikləri televizor idarəetmə qurğusu ilə hər kəsi heyrətləndirib. Onların hazırladığı pultu nəinki əllə tutmaq mümkün deyil, hətta otağa sığışdırmaq da çətindir.
Televizorda kanalları dəyişmək, səsi artırıb-azaltmaq üçün nəzərdə tutulan idarəetmə qurğusunun uzunluğu nə az nə çox düz 4.5 metrdir. Söhbət, iri pult maketindən getmir. Bu qurğu tam işlək vəziyyətdədir və onunla televizorda kanalları dəyişmək, menyuya daxil olmaq mümkündür. Di gəl ki, bəzən bir düyməni sıxmaq üçün az qala pultun üstünə dırmaşmaq lazım gəlir.
İdaeretmə qurğusunu ərsəyə gətirən Surac və Raciş qardaşlarının sözlərinə görə, bu cihaz həm işlək, həm də kifayət qədər keyfiyyətlidir. Onun üstündə 5 yaşlı uşaq tullanıb-düşsə də, pult sıradan çıxmır. O ki, qaldı onu yerindən tərpətməyə, bunun üçün azı 3 nəfər lazımdır.
68 günə hazırlanan və üzərində 37 plastik düymə olan idaeretmə qurğusu, öz böyük ölçüsü ilə “Ginnes”in rekordları kitabına da düşüb./atv
7news.az








