Bərdə rayonunda hədə-qorxu ilə pul tələb edən şəxslərin üzərində narkotik aşkar edilib.
7news.AZ DİN-ə istinadən xəbər verir ki, aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıb.
Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.
7news.Az







