Avtobus dayanacağında əlil arabasını iki yaşlı qadının üzərinə sürən və onları yerə yıxan şəxsin məhkəməsi başa çatıb.
Hakimin qərarı ilə, əlil Aaron Əli 2 il müddətinə azadlıqdan məhrum olunub, üstəlik 12 min funt-sterlinq məbləğində cərimələnib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, olay iyunun 14-də Londonun cənub-şərqindəki Uellinq səmtində yaşanmışdı.
40 yaşlı Aaron Əli əlil arabası ilə 88 yaşlı Doris Kollinzi və 90 yaşlı Coan Bencafildi yıxaraq yerə sərmişdi.
"Southwark Crown Court" məhkəməsinin qərarı ilə A.Əlinin motorlu əlil arabası da müsadirə olunub.
7News.Az











